İdman
390
18:00, Bu gün

"Araz-Naxçıvan" "Zirə"ni minimal hesabla məğlub etdi

Azərbaycan Kubokunun 1/4 final mərhələsində ikinci günün ilk oyununda "Zirə" səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzub.
 
Moderator.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan matçda yeganə qolu Bernardo Diaş vurub. Portuqaliyalı futbolçu 61-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirib.
 
Tərəflər arasında cavab oyunu fevralın 28-də keçiriləcək.
 
Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" oyununda qapılara qol vurulmayıb - 0:0. Günün son qarşılaşmasında “Səbail” “Qarabağ”ı qəbul edəcək.
 
Link kopyalandı!
Son xəbərlər