Bizi sosial şəbəkələrdən izləyin:
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Moderator.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasında çıxış edən klublarla bağlı intizam tədbirləri görülüb.
XXI turun “Kəpəz”lə səfər oyununun 63-cü dəqiqəsində “Sabah”ın futbolçusu İqor Noqeyra ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimələnib.
“Neftçi” ilə səfər oyununda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubuna 700 manat cərimə kəsilib.
“Səbail” komandası ilə ev oyununun 45-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Kauan Martins rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 1000 manat ziyana düşüb.
Görüşün 45+3-cü dəqiqəsində “Turan Tovuz”un məşqçisi Ruslan Abışov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyunluq cəzalanıb, klub isə 3 aylıq sınaq müddəti təyin edilməklə, 1500 manat cərimə edilib.
Oyun zamanı “Turan Tovuz” azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdikləri üçün klub daha 1000 manat cərimələnib.
“Sumqayıt”la səfər matçında 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” 700 manat cərimələnib.
“Qarabağ”la ev oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.
İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.