Türkiyə çempionatında baş məşqçi ayrılığı
İdman
238
21:04, Bu gün

Türkiyə çempionatında baş məşqçi ayrılığı

Futbol üzrə Türkiyə Superliqasında baş məşqçi ayrılığı baş verib.
 
Moderator.az "Karar" qəzetinə istinadən xəbər verir ki, "Bodrum" klubunun baş məşqçi Volkan Demirellə yollarını ayırıb.
 
Komanda onun rəhbərliyi altında çıxdığı 13 rəsmi matçda iki qələbə qazanıb və yeddi dəfə məğlub olub. Dörd oyun isə heç-heçə bitib.
 
Bununla da gənc baş məşqçi ortalama hər oyunda 0.77 xal toplayıb.
 
Qeyd edək ki, "Bodrum" Superliqada 21 oyunda 16 xal toplayıb və 17-ci pillədə qərarlaşıb. V.Demirelin əvvəlki iş yeri "Hatayspor" olub.
Link kopyalandı!
Son xəbərlər