İtaliya A Seriyası:
İdman
247
18:28, Bu gün

İtaliya A Seriyası: "Yuventus" 4 dəqiqəyə geridönüş etdi

İtaliya A Seriyasında 23-cü turun matçları oynanılır.
 
Oxu.Az xəbər verir ki, "Empoli"ni qəbul edən "Yuventus" ilk hissədə rəqibi qarşısında çətin anlar yaşayıb.
 
Birinci 45 dəqiqəni minimal hesablı məğlubiyyətlə başa vuran "Qoca sinyora" ikinci hissədə geridönüş etməyi və 3 xalı qazanmağı bacarıb. Kolo-Muani 4 dəqiqə fasilə ilə (61 və 64-cü dəqiqələrdə) dubla imza atıb.
 
84-cü dəqiqədə qonaqlar azlıqda qalıblar. Say üstünlüyündən istifadə edən ev sahibləri daha 2 dəfə fərqləniblər. 90-cı dəqiqədə Vlahoviç, 2 dəqiqə sonra isə Konseysau matçda son nöqtəni qoyub - 4:1.
 
Bu nəticədən sonra "Yuventus" 40 xalla turnir cədvəlində 4-cüdür. "Empoli" isə 21 xalla 17-ci yeri tutur.

 

Link kopyalandı!
Son xəbərlər