Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin “Qalatasaray” klubu heyətini ulduz futbolçu ilə gücləndirir.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubdan verilən məlumata görə, 32 yaşlı Alvaro Moratanın transferi üçün “Milan”la danışıqlara başlanılıb.
Qeyd edək ki, İspaniya millisinin hücumçusu karyerası ərzində “Real”, “Yuventus”, “Çelsi” kimi klublarda da çıxış edib.