Niderlandda 12 nəfərlə oynayan komanda qol vuraraq xal qazandı
İdman
870
12:44, Bu gün

Niderlandda 12 nəfərlə oynayan komanda qol vuraraq xal qazandı

Niderland Erediviziyasının 21-ci turunda "Herenven"-"Fortuna" matçında qeyri-adi hadisə baş verib.
 
Moderator.az championat.com-a istinadən xəbər verir ki, oyunun 90-cı dəqiqəsində texniki səhv ucbatından qonaqların heyətində 12 futbolçu olub.
 
Matçın baş hakimi say üstünlüyünü nəzərdən qaçırıb və bir dəqiqə ərzində çoxluqda qalan "Fortuna" meydan sahiblərinin qapısına qol vuraraq hesabı bərabərləşdirib - 2:2.
 
Bu epizod "Herenven"in baş məşqçisi Robin van Persinin etirazlarına səbəb olub. Lakin qol hesaba alınıb.
Link kopyalandı!
Son xəbərlər