Bizi sosial şəbəkələrdən izləyin:
Dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edilib.
Moderator.az xəbər verir ki, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda futbol veteranları və idman jurnalistləri üz-üzə gəliblər.
Görüşdən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra mərhum hakimin və Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Simvolik olaraq topa ilk zərbəni vurmaq üçün T. Bəhramovun nəticəsi Bəhram Bəhramov meydana dəvət olunub.Matç futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanın tanınmış hakimi Tofiq Bəhramov 1925-ci ildə anadan olub və 68 yaşında vəfat edib.