Julio Romao:
İdman
1598
29 Jan 2025 | 22:25

Julio Romao: "Qələbə qazanaraq Liqa mərhələsini daha yuxarı pillələrdə bitirmək istəyirik"

Qələbə qazanaraq Liqa mərhələsini daha yuxarı pillələrdə bitirmək

Bunu "Qarabağ"ın futbolçusu Julio Romao səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.

O, matça yaxşı hazırlaşdıqlarını bildirib:

"Sabah müəyyən detallar oyunun taleyini həll edəcək. Turnir cədvəlinə nəzər salsaq, rəqib daha yaxşı mövqedə qərarlaşıb. Baxmayaraq ki, bizim pley-offa çıxmaq şansımız yoxdur. Ən azı qələbə qazanaraq Liqa mərhələsini daha yuxarı pillələrdə bitirmək istəyirik".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunun "Olimpiakos" - "Qarabağ" oyunu yanvarın 30-da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Link kopyalandı!
Son xəbərlər