Bizi sosial şəbəkələrdən izləyin:
“Neftçi” klubu AFFA tərəfindən 800 manat cərimələnib.
Moderator.az xəbər verir ki, qərarı AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarıb.
Səbəb Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi” – “Sabah” oyununda meydana kənar şəxsin daxil olmasıdır.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.