MOK Azərbaycan idmançılarının Paris-2024-də qazandığı medalların keyfiyyətini itirməsi ilə bağlı BOK-a müraciət edəcək
İdman
322
14:13, Bu gün

MOK Azərbaycan idmançılarının Paris-2024-də qazandığı medalların keyfiyyətini itirməsi ilə bağlı BOK-a müraciət edəcək

Milli Olimpiya Komitəsi (MOK) Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların keyfiyyətini itirməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edəcək.
 
Bu barədə apasport.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev deyib.
 
Qurum rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında medalları korlanan mükafatçıların problemləri barəsində ətraflı araşdırmalar aparıldığını bildirib: "Hələ ki, iki idmançımızın medallarında bu problem aşkarlanıb. Araşdırmaların nəticələrindən sonra məsələ aydınlaşdırılacaq və BOK-a müraciət olunacaq".
 
Qeyd edək ki, ötən il Fransanın paytaxtı Parisdə baş tutan Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycanın iki idmançısının medalı korlanıb.
 
Taekvondo yarışlarında ikinci yeri qazanan Qaşım Maqomedovun gümüş, güləş yarışlarında üçüncü yeri tutan Həsrət Cəfərovun isə bürünc medalı keyfiyyətini itirib.
 
Link kopyalandı!
Son xəbərlər