İdman
384
12:22, Bu gün

"Kəpəz" 19 illik göstəricisini yenilədi

Azərbaycan Premyer Liqasının XIX turunun "Kəpəz" - "Turan Tovuz" qarşılaşması Gəncə klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz" tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb.
 
"Kəpəz" 11 il 8 aydan sonra bir matçda 5 və ya daha çox qol vurub. Gəncəlilər sonuncu dəfə 2013-cü il mayın 13-də "Turan"la səfərdəki qarşılaşmada belə məhsuldar olub - 5:3.
 
"Kəpəz"in ev matçında 5 və ya daha çox qol vurması isə sonuncu dəfə təxminən 19 il, daha dəqiq isə 18 il 8 ay öncə qeydə alınıb. Gəncə təmsilçisi 2006-cı il mayın 29-da MOİK-i 5:3 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, 7 qolun vurulduğu görüş həm də mövsümün ən məhsuldar qarşılaşması adına şərik olub. Oktyabrın 4-də "Kəpəz" - "Neftçi" matçında da eyni sayda qol vurulub - 4:3.
 
Link kopyalandı!
Son xəbərlər