Türkiyə Superliqası: Tarixinin ən erkən qolunu buraxan
İdman
1661
13 Jan 2025 | 23:24

Türkiyə Superliqası: Tarixinin ən erkən qolunu buraxan "Fənərbağça" qalib gəldi

Türkiyə Superliqasında 19-cu turun "Konyaspor" - "Fənərbağça" görüşü başa çatıb.
 
Moderator.az xəbər verir ki, qarşılıqlı qollarla keçən matçda qələbəni qonaqlar bayram ediblər - 2:3.
 
Matçın 25-ci saniyəsində meydan sahiblərindən Pedrinyonun vurduğu qol isə tarixə keçib. Belə ki, bu, "Fənərbağça"nın indiyədək buraxdığı ən erkən qol olub.
 
Səfər qələbəsindən sonra "sarı-lacivərdlər" xallarını 42-yə çatdırıb. Hazırda ikinci pillədəki "Fənər" lider "Qalatasaray"dan 8 xal geri alır. "Konyaspor" isə 20 xalla turnir cədvəlində 15-cı sırada qərarlaşıb.a
Link kopyalandı!
Son xəbərlər