Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü il Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançılar 100-dən çox medalı istehsalın keyfiyyətsizliyi ilə bağlı şikayətlərlə təşkilat komitəsinə qaytarıblar.
Bu barədə "La Lettre" internet nəşri məlumat yayıb.
İdmançılar medalların qısa müddət sonra deformasiya olunmasında gileyləniblər.
İlk şikayətlərdən sonra təşkilat komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib.
Lakin mükafatların kütləvi şəkildə qaytarılması fonunda medalların hazırlandığı Paris Sikkəxanasının direktoru Mark Şvarts istehsalat şöbəsinin üç rəhbərini işdən çıxarmaq qərarına gəlib.