İdman
476
18:04, Bu gün

"Hatayspor" klubu Renat Dadaşova görə iki mövsüm futbolçu transfer edə bilməyəcək

Türkiyənin təmsilçisi "Hatayspor"a Azərbaycan millisinin hücumçusu Renat Dadaşova görə transfer qadağası qoyulub.
 
"Ajansspor" xəbər verir ki, Superliqa klubu Renata borclu olduğu üçün iki mövsüm yeni oyunçu ala bilməyəcək.
 
Mənbə "Hatayspor"un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi halda, vəziyyəti dəyişə biləcəyini vurğulayıb.
 
Qeyd edək ki, hazırda "Ankaragücü"də çıxış edən Dadaşov 2023/2024 mövsümündə Hatay komandasında top qovub.
 
Link kopyalandı!
Son xəbərlər