2025-ci ilin ən dəbli idman ayaqqabıları
İdman
447
10:00, Bu gün

2025-ci ilin ən dəbli idman ayaqqabıları

“Vogue” jurnalının fransız versiyasının redaktorları 2025-ci ilin ən dəbli idman ayaqqabılarının adını açıqlayıb.
 
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq material nəşrin saytında yer alıb.
 
Söhbət futbol butsları üslubunda yaradılan ayaqqabılardan gedir. Qeyd olunur ki, bir çox məşhur brendlər bu idman növündən ilham almağa başlayıblar və kolleksiyalarında oxşar üslubda ayaqqabıları nümayiş etdiriblər.
 
Onların arasında “Louis Vuitton Footprint Soccer”, “Fenty X Puma Avanti” və “Adidas Samba LT” var. Bundan əlavə, “Nike” şirkəti futbol estetikasına əsaslanan “Total 90” modelinin yenidən buraxılacağını elan edib.
 
Link kopyalandı!
Son xəbərlər