22 yaşlı futbolçu yatağında ölü tapıldı
İdman
1504
06 Jan 2025 | 23:16

22 yaşlı futbolçu yatağında ölü tapıldı

Almaniyanın “Reutlinqen” klubunun yarımmüdafiəçisi Luka Meyxner 22 yaşında ölüb.
 
Futbolçu Yeni il bayramı ərəfəsində öz yatağında ölü tapılıb.
 
“Həftə sonu biz futbolçumuzun dekabrın 27-də gözlənilmədən vəfat etməsi ilə bağlı dəhşətli xəbər aldıq. Bütün “Reutlinqen” ailəsi dərin kədər və sarsıntı keçirir.
 
Onun komanda yoldaşları və bütün klub işçiləri Lukanın yaxınlarını itirmiş qohumları ilə birlikdə yas saxlayırlar. Fikirlərimiz onun ailəsi, dostları və yoldaşları ilədir. Sizdən xahiş edirik ki, bu çətin dövrdə Lukanın ailəsinin şəxsi həyatına hörmət edəsiniz”, – deyə klubun bəyanatında bildirilir.
 
Meyxnerin ölüm səbəbi açıqlanmayıb.
 
Luka 2021-ci ildə “Reutlinqen”in əsas komandasında debüt etdi. O, klubda 100 oyuna çıxıb və 6 qol vurub.
Link kopyalandı!
Son xəbərlər