Bizi sosial şəbəkələrdən izləyin:
İngiltərə Premyer Liqasının 20-ci turunun bu gün, yanvarın 5-də baş tutmalı olan “Liverpul” – “Mançester Yunayted” matçı güclü qar səbəbindən təxirə salına bilər.
Bu barədə “Daily Mail” məlumat yayıb. Mənbənin məlumatına görə, Liverpul Şəhər Şurasının Təhlükəsizlik Məsləhət Qrupu matçının baş tutub-tutmayacağına qərar vermək üçün toplanıb.
Vurğulanır ki, son 24 saat ərzində Liverpul Şəhər Şurasının əməkdaşları qarı təmizləmək və azarkeşlərin yol təhlükəsizliyini təmin etmək üçün bir neçə dəfə küçələrə çıxıblar.
Qarşılaşmanın Bakı vaxtı ilə saat 20:30-da başlaması nəzərdə tutulub.