Sergen Yalçın yenidən
İdman
1956
01 Jan 2025 | 18:00

Sergen Yalçın yenidən "Beşiktaş"da

Sergen Yalçın yenidən Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə yerli "Sözcü" nəşri məlumat yayıb.
 
"Ağ-qaralar"ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. S.Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.
 
Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb.
 
Link kopyalandı!
Son xəbərlər