İdman
1609
01 Jan 2025 | 13:23

"Neftçi" legioner futbolçu ilə yollarını ayırdı

Qış fasiləsində "Neftçi"də ilk futbolçu ayrılığı gerçəkləşib.
 
Moderator.az xəbər verir ki, Bakı klubu macarıstanlı müdafiəçi Mark Tamaşla vidalaşıb.
 
31 yaşlı oyunçunun müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Məlumatı Macarıstan mətbuatı yayıb. İddiaya görə, təcrübəli futbolçu ilə bir neçə klub yaxından maraqlanır.
 
Qeyd edək ki, Mark Tamaş 2023-cü ilin yayından "Neftçi"də çıxış edirdi. Onun "ağ-qaralar"la 2025-ci ilin iyun ayınadək müqaviləsi var idi.
 
Link kopyalandı!
Son xəbərlər