Bizi sosial şəbəkələrdən izləyin:
İngiltərənin "Liverpul" klubu müdafiəçisi Trent Aleksander-Arnoldu komandada saxlamaq üçün əlindən gələni edəcək.
Moderator.az "CaughtOffside"a istinadən xəbər verir ki, mersisaydlılar adı İspaniya təmsilçisi "Real"la (Madrid) hallanan 26 yaşlı müdafiəçiyə 4 illik 20 milyon avro qazanc əldə edəcəyi müqavilə təklif etməyə hazırlaşır.
Onun komandası ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsüm "Liverpul"un heyətində 20 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.