2322
11 Dec 2024 | 10:45

"Qarabağ" daha bir itki ilə üzləşib

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda səfərdə "Elfsborq"la üz-üzə gələcək "Qarabağ"ın heyətində daha bir itki var.
 
"Köhlən atlar"ın təcrübəli müdafiəçisi Bəhlul Mustafazadə zədə üzündən İsveç səfərinə yollanmayıb.
 
Xatırladaq ki, ağdamlıların heyətində Aleksey İsayev və Kevin Medina da zədə səbəbindən "Elfsborq"la görüşü buraxacaqlar.
 
Qeyd edək ki, "Boros Arena" stadionunda keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə dekabrın 12-də saat 00:00-da başlayacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər