Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün UEFA Çempionlar Liqasında VI tura doqquz görüşlə start veriləcək. Azərbaycanlı futbol sevərlər üç oyunu yerli kanallar vasitəsilə izləyə biləcəklər.
Moderator.az xəbər verir ki, "CBC Sport" kanalı saat 21:45-də keçiriləcək "Jirona" - "Liverpul" və gecəyarısı saat 00:00-da baş tutacaq "Atalanta" - "Real Madrid" görüşünü canlı yayımlayacaq.
Digər yerli kanalımız İctimai TV isə gecəyarısı saat 00:00-da keçiriləcək "Bayer Leverkuzen" - "İnter" matçını canlı yayımlayacaq.
UEFA Çempionlar Liqası
VI tur
21:45, "Jirona" - "Liverpul" ("TRT Spor", "CBC Sport");
00:00, "Atalanta" - "Real Madrid" ("CBC Sport");
00:00, "Bayer Leverkuzen" - "İnter" (İctimai TV).