Qurban Qurbanovun oğlu
1505
10 Dec 2024 | 09:30

Qurban Qurbanovun oğlu "Traktor"a transfer olunur?

Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Musa Qurbanlı 2025-ci ilə ölkə xaricində başlaya bilər.
 
Publika.az xəbər verir ki, Qurban Qurbanovun oğlu bu dəfə İrandan dəvət alıb.
 
"Traktor" gənc forvardı icarəyə götürmək üçün hərəkətə keçib. Cənubi Azərbaycan təmsilçisi menecerlər vasitəsilə qarşı tərəflə təmas qurub, yığmamızın futbolçusunun şərtləri ilə maraqlanıb. Təbriz klubu ona ilyarımlıq müqavilə təklif etmək niyyətindədir.
 
Qeyd edək ki, Musa artıq bir dəfə legioner həyatı yaşayıb. O, 2023-cü ilin yayında 500 min avro qarşılığında "Yurqorden"ə (İsveç) satılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər