Bizi sosial şəbəkələrdən izləyin:
"Neftçi"nin yeni ildə transfer edəcəyi futbolçuların adları qarşıdakı günlərdə müəyyənləşəcək.
Samir Abasov bu məqsədlə klub rəhbərliyi ilə görüşəcək.
Məhz həmin toplantıda düşərgəyə cəlb olunacaq oyunçuların kimliyinə aydınlıq gələcək.
Oktyabrda "ağ-qaralar"ın sükanı arxasına qayıtmış mütəxəssis 1 aydan artıqdır bu istiqamətdə fəal araşdırma aparmaqdadır.
Ötən müddət ərzində 30-dan artıq əcnəbi futbolçunu nəzərdən keçirib. O. yönətimə yekun siyahı təqdim edəcək.
Abasov qış fasiləsində minumum 3 legionerin alınmasını istəyir - bu da paytaxt təmsilçisindən gələn informasiyalar içərisindədir. (sportinfo.az)