1568
07 Dec 2024 | 13:56

"Everton" - "Liverpul" oyunu təxirə salındı

İngiltərə Premyer Liqasının XV turunda bu gün keçirilməsi nəzərdə tutulan “Everton” – “Liverpul” oyunu təxirə salınıb.
 
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd derbisi fırtına təhlükəsi səbəbindən təşkil olunmayacaq.
 
Matçın hələlik hansı tarixdə keçiriləcəyi ilə bağlı qərar verilməyib.
 
Qeyd edək ki, “Liverpul” 35 xalla turnir cədvəlinə başçılıq edir. “Everton” isə 14 xalla 15-ci sırada qərarlaşıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər