Bizi sosial şəbəkələrdən izləyin:
AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib.
Moderator.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna Tovuz klubunun azarkeşlərinin Misli Premyer Liqasının XV turunda baş tutan “Araz-Naxçıvan”la matçın 83-cü dəqiqəsində hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA “Turan Tovuz” klubuna xəbərdarlıqla kifayətlənib.
XV turun “Şamaxı” - “Kəpəz” matçında Gəncə təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat cərimələnib.
“Zirə” – “Sumqayıt” oyununda isə qonaqlar 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.