Azərbaycan – İsveç oyununun hakimlərixa0müəyyənləşdi
1652
02 Dec 2024 | 16:16

Azərbaycan – İsveç oyununun hakimlərixa0müəyyənləşdi

Futzal üzrə Azərbaycan milli komandasının “Avro-2026”nın əsas mərhələsində Bakıda İsveçlə keçirəcəyi oyunun hakimləri açıqlanıb.
 
Moderator.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 5-ci qrupun I turu çərçivəsində təşkil olunacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
 
Matçın baş hakimi Aslan Qalayev, onun köməkçiləri isə Turekxan Tursumbayev və Nurlubek Kalimaqanbetov olacaq.
 
Hakim-inspektor funksiyasını almaniyalı Ştefan Veber yerinə yetirəcək. UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.
 
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər