İdman
784
27 Nov 2024 | 18:44

""Qarabağ"a yuxarıdan aşağı baxmaq olmaz" - Pyer Saj

"Bakıya yaxşı oyun nümayiş etdirmək və uğurlu nəticə qazanmaq üçün gəlmişik".
 
Moderator.az xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının baş məşqçisi Pyer Saj UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
 
O, Ağdam komandada müsbət ab-havanın hökm sürdüyünü bildirib: "Ötən turda Türkiyənin "Beşiktaş" komandasına məğlub olsaq da, kollektivdə hər şey qaydasındadır. Sabahkı matç üçün bəzi rotasiyalar olacaq”.
 
Mütəxəssis "Qarabağ"ın fiziki cəhətdən yaxşı komanda olduğunu söyləyib: “Rəqibin sürətli və təhlükəli futbolçular var. "Ayaks"la son ev görüşündə yaxşı mübarizə apardılar. Sadəcə, qırmızı vərəqə oyunun taleyini dəyişdi. Ona görə də bu komandaya yuxarıdan aşağı baxmaq olmaz. Hazırda “Qarabağ”da çıxış edən “Lion”un sabiq futbolçusu Yassin Benzianı yaxşı tanıyırıq. Ona qarşı ayıq-sayıq oynamalıyıq”.
 
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər