Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar.
Moderator.az-ın məlumatına görə, son olaraq 10 metr pnevmatik tapançadan atəş açmada oğlanlardan ibarət yığmamız komanda yarışında qızıl mükafata sahib çıxıb.
Qızlardan ibarət kollektiv isə gümüş medal əldə edib.
Qeyd edək ki, daha əvvəl millimizin heyətində pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva gümüş, İmran Qarayev isə bürünc mükafat qazanıb.