AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
2065
20 Nov 2024 | 16:42

AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək

AFFA İcraiyyə Komitəsi dekabr ayında bəzi məsələləri müzakirə etmək üçün toplaşacaq.
 
Moderator.az xəbər verir ki, bu iclasda Azərbaycanın müxtəlif yaşlı futbol komandalarının baş məşqçilərinin məsələləri də həll olunacaq.
 
Həmçinin, Fernandu Santuşun bu vəzifədə fəaliyyətinin nəticəsiz qaldığı üçün onun Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən azad edilməsi məsələsinə baxıla bilər.
 
AFFA rəhbərliyi bu variantı nəzərdən keçirir və əsas məsələ portuqaliyalılara ödəniləcək təzminatdır.
 
Qeyd edək ki, 70 yaşlı Santuşla müqavilə daha bir il uzadılmaq şərtilə 3 illikdir. /Azerisport.com/
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər