Bizi sosial şəbəkələrdən izləyin:
"Tottenhem" klubunun uruqvaylı futbolçusu Rodriqo Bentankur komanda yoldaşı Son Hın Min haqqında qeyri-etik sözlər işlətdiyi üçün yeddioyunluq cəzalandırılıb.
İngiltərə Futbol Federasiyası bundan əlavə futbolçunu 120 min avro dəyərində cəzalandırıb.
Buna səbəb Bentankurun Son Hın Min haqqında danışarkən: "Bütün koreyalılar bir-birinə oxşayırlar. Sonun əmisi oğlu bizdə oynasa, xəbərimiz olmayacaq", - deməsi olub.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm "Tottenhem" forması ilə çıxdığı 15 oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.(oxu.az)