Ronaldinyonun Azərbaycana səfəri başa çatdı
1442
14 Nov 2024 | 12:32

Ronaldinyonun Azərbaycana səfəri başa çatdı

Braziliya və dünya futbolunun əfsanəsi Ronaldinyonun Azərbaycana səfəri başa çatıb.
 
44 yaşlı sabiq yarımmüdafiəçi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gəlib.
 
Braziliya millisinin keçmiş futbolçusunu qarşılayan azarkeşlər və azyaşlı uşaqlar ondan avtoqraf alıb, xatirə fotosu çəkdiriblər.
 
Qeyd edək ki, COP29 çərçivəsində Azərbaycana gələn Ronaldinyo müxtəlif tədbirlərdə iştirak edib. /Report/
 
Link kopyalandı!
Son xəbərlər