Vaqif Cavadov
İdman
1509
04 Nov 2024 | 13:09

Vaqif Cavadov "Sumqayıt"ı 70-ə çatdırdı

“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək liqasında 70-ci ev qələbəsini qazanıb. 
 
Moderator.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.
 
Vaqif Cavadovun baş məşqçi olduğu “gənclik şəhəri” təmsilçisi öz meydanında “Sabah”a qalib gəlib – 1:0. 
 
Sumqayıtın eyniadlı təmsilçisi 70-ci qələbəsini 207-ci ev matçında əldə edib. Ölkə çempionatları tarixində 12 komanda öz meydanında 70 və daha çox görüşdə qalib gəlib.
 
Qeyd edək ki, “Sumqayıt”ın ilk ev qələbəsi 2011-ci il oktyabrın 30-da AZAL-la görüşə təsadüf edib – 2:1.
Link kopyalandı!
Son xəbərlər