Məsut Özil: Azərbaycanda Məsut Özil İdman akademiyası açmağı düşünürəm
İdman
1563
11 Oct 2024 | 19:05

Məsut Özil: Azərbaycanda Məsut Özil İdman akademiyası açmağı düşünürəm

Bakıda səfərdə olan Mesut Özilin mətbuat konfransı keçirilib.
 
“Apasport” xəbər verir ki, tanınmış futbolçu jurnalsitlərin suallarını cavablandırıb.
 
- Çox danışmağı sevmirəm. Çox şadam ki, burdayam. Türkiyədə Məsut Özil İdman akademiyası açacam. Azərbaycanda da eynən. Görüşmələr olacaq. Müsbət olar deyə düşünürük. Burda azarkeşlər məni sevindirdi, dəstəyə görə təşəkkür edirəm. Qürurlandım.
 
- Azərbaycanda klub almaq istəyirdiz?
 
- Heç fikrim yoxdur. Məqsədim gənclərə toxunmaqdır. Azərbaycan və Türkiyədə sayğılı, gözəl uşaqları böyüdüb, Avropada Arda Güler kimi böyük klublarda oynatmaqdır. Məqsədim budur. Hər şeyi Allah bilər.
 
- "Qarabağ" "Arsenal" matçını necə xatırlayırsız?
 
- Yadımdadır. Tam xatırlamıram. Atmosfer də əladır. Hər zaman burda məni çox yaxşı qarşılayıblar. Bu gün də qürur duydum, dəstəklədilər. Bura daha əvvəl də gəlmişdim.
 
- Əvvəllər də ulduzlar akademiya açmışdız, amma daha sonra bağlandı. Bəs eyni aqibətin olmaması üçün nə edəcəksiz?
 
- Önəmli olan isimlər yox, niyyətdir. Bu yola girərkən maliyyəni düşünmürəm. Karyeram var, uğurum var. Statistika göz önündədir. Yeni nəsilə kömək olmaq istəyirəm. Onlar maliyyə üçün edirlər deyə, 2-3 ilə bağlanır. Gözəl əxlaqlı futbolçular yetişdirmək istəyirik.
 
- Ölkənizdə "Qarabağ"la işləyəcəksiz?
 
- Müstəqil layihədir. İstanbulda daha sonra Azərbaycanda. Tək Bakıda yox, Azərbaycanda.
 
- "Qarabağ" azarkeşlərinin sizə sevgisi var? "Qarabağ"ı izləyirsiz?
 
- Əlbəttə ki, izləyirəm. "Qarabağ"a qarşı da oynadım. Amma udduq, edəcək bir şey yoxdur (gülür).
 
- Azarkeşlər istəyir ki, sizi transfer etsinlər...
 
- Futbolu buraxmışam.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər