FIFA referisi Elçin Məsiyev təyinat aldı
İdman
1542
03 Sep 2024 | 15:11

FIFA referisi Elçin Məsiyev təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.
 
Moderator.z AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Bosniya və Herseqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq. Referiyə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
 
Qeyd edək ki, sentyabrın 6-da Sarayevo şəhərindəki “Qrbavitsa” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər