Könül Mehdiyeva
İdman
1461
28 Aug 2024 | 16:45

Könül Mehdiyeva "Qalatasaray"ın oyununa təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
 
Moderator.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının birinci mərhələsində iştirak edəcək.
 
K.Mehdiyeva 8-ci qrupun oyunlarının UEFA nümayəndəsi olacaq.
 
Lüksemburqun “Achille Hammerel” stadionunda sentyabrın 4-də, Bakı vaxtı ilə saat 15:00-da BIIK (Qazaxıstan) – NSA (Bolqarıstan), həmin gün saat 21:00-da “Rasinq Union” (Lüksemburq) – “Qalatasaray” (Türkiyə) görüşü keçiriləcək. Sentyabrın 7-də, Bakı vaxtı ilə saat 15:00-da isə cütlərin məğlubları, 21:00-da qalibləri qarşılaşacaqlar.
 
Qeyd edək ki, K.Mehdiyeva 4 oyunun hamısında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər