Paris-2024: Azərbaycan millisi final mərhələsində növbəti dəfə çıxış edib - YENİLƏNİB
İdman
1745
10 Aug 2024 | 17:32

Paris-2024: Azərbaycan millisi final mərhələsində növbəti dəfə çıxış edib - YENİLƏNİB

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində növbəti çıxışını həyata keçirib.
 
Moderator.az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə 3 lent və 2 topla səhnəyə çıxıb.
 
Komandamız 31.600 xala layiq görülüb. Millimiz iki hərəkətə əsasən 66,450 xal toplayıb. Çıxışını başa vuran gimnastlarımızın son mövqeyi digər rəqiblərin nəticələrindən sonra müəyyənləşəcək.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
16:32
 
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində mübarizəyə başlayıb.
 
Moderator.az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalarla bacarığını göstərib.
 
Komandamız 34.850 xala layiq görülüb.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
Link kopyalandı!
Son xəbərlər