İkardi Vanda Naradan belə qisas alır: Kredit kartlarını blokladı
İdman
1946
08 Aug 2024 | 12:03

İkardi Vanda Naradan belə qisas alır: Kredit kartlarını blokladı

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi Vanda Naradan qisas alıb.
 
 İkardi və Vandanın münasibəti uzun müddətdir gündəmdədir. Boşanmaq qərarına gələn Vanda heç gözləmədiyi zərbəni alıb.
 
İkardi Vandaya məxsus bütün kredit kartlarını bloklayıb. Vandanın vəkili Ana Rosenfeld məsələyə münsaibət bildirib:
 
“Bu məlumatın haradan eşidildiyini bilmirəm. Kişilər bunu adətən məcburi tədbir kimi istifadə edirlər. 50 il ərzində kişilərin etdikləri ilk şey kredit kartlarını bloklamaq olur”.
 
Qeyd edək ki, iyulun əvvəlində Vanda İkardidən ayrıldığını elan edib. Lakin bu, ilk dəfə deyil. 2022-ci ildə eyni hal yaşanmışdı. Lakin sonradan münasibətlərini bərpa etdilər.
 
Publika.az
Link kopyalandı!
Son xəbərlər