Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub
1862
07 Aug 2024 | 22:22

Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını medalsız başa vurub.
 
Moderator.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Qırğızıstandan olan Akjol Mahmudova məğlub olub.
 
Sülyemanov rəqibinə 5:6 hesabı ilə uduzub.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) və taekvondoçu (58 kq) Qaşım Maqomedov isə finala yüksəlməklə ən azı gümüş mükafatı təmin ediblər. Paris-2024 avqustun 11-də başa çatacaq.
Link kopyalandı!
Son xəbərlər