Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası
İdman
Oxunub: 189
18:08, Bu gün
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası
Tarixən Olimpiya Oyunları təkcə idman tədbiri deyil, həm də xalqlar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsət kimi qəbul edilib. Oyunlar müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirir, sülh, dostluq və həmrəylik ideallarını təbliğ edir, diplomatiya və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilir. Bundan əlavə, sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə ideallarını təbliğ edir.
 
İrqçilik, milli, dini və ya cinsi ayrı-seçkiliyin hər hansı forması qadağandır. Beləliklə, Olimpiya Oyunları təkcə idman tədbiri kimi deyil, həm də sülh və tolerantlığın təbliği platforması kimi çıxış edir. "Paris 2024" olimpiadasının məqsədi də bu olmalı idi. Amma Olimpiya Oyunlarının açılış mərasimi göstərdi ki, tədbirin keçirildiyi ölkə bu sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə prinsiplərindən uzaqdır.
 
Prezident Emmanuel Makron ənənəsinə sadiq qaldı. Sanki prezident və komandası əlindən gələni edir ki, XXXIII Yay Olimpiya Oyunları dünya tarixinə rəzalət oyunları kimi düşsün. Fransızlar ənənələrinə sadiq qalaraq mötəbər idman yarışına siyasət qatmaqdan çəkinmədilər. İlk rəzaləti isə Olimpiya Oyunlarının açılış mərasimini canlı yayımlayan Fransanın "France 2" ictimai televiziya kanalı nümayiş etdirdi. Aparıcı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirdi.
 
Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilib. Yayımda bütün siyasi hikkə ilə millətlərarası ədavət toxumu səpilir, iğtişaşlar yaratmağa çalışılır.
 
Rəzalət tək açılış mərasimində deyil, bütövlükdə oyunların təşkilindən tutmuş bütün məsələlərdə yaşanıb və proses davam edir. Yerli mətbuat və əksər xarici media baş verənləri geniş şəkildə işıqlandırıb. Qeyd edilir ki, Olimpiya Oyunlarından xeyli əvvəl təşkilatçılığın olmaması, Paris də daxil olmaqla ətraf şəhərlərdə yaşanan problemlərdən bəhs edilib. Lakin Fransa hakimiyyəti nəinki baş verənlərdən dərs çıxarır, əksinə, digər ölkələrin daxili işlərinə qarışır. Nəticə də göz önündədir.
 
Sena faciəsi
 
Media və sosial şəbəkələrdə Makron və komandası sərt tənqid olunur. Onlardan bəzisinə nəzər salaq;
 
"Təxribat, ərzaq qıtlığı və evsizlərin qovulması" başlıqlı materiallarda vurğulanır ki, açılış mərasimindən bəri ölkə qalmaqallı hadisələrlə yadda qalıb.
 
AFP xəbər verir ki, 2024-cü il olimpiadasında triatlonçular üçün ilk üzgüçülük məşqi Senada suyun keyfiyyətsizliyinə görə ləğv edilib. Təşkilat komitəsi qeyd edir ki, son bir neçə gündə yağan yağışlar nəticəsində suyun keyfiyyəti daha da pisləşib. Təşkilatçılar triatlon yarışının planlaşdırıldığı kimi iyulun 30 və 31-də keçiriləcəyinə əmindirlər.
 
Ümumiyyətlə, Sena çayı ilə bağlı yaşananlar medianın bir nömrəli mövzusudur. 1923-cü ildən bu çayda çimmək rəsmən qadağan edilib. İndi, bir əsr sonra Parisdə Olimpiya Oyunlarının açılışına 4 həftə qalmış çay üzgüçülük üçün əlverişli hala gətirilib. Çoxları buna möcüzə kimi qarşılayıb. Yeni kanalizasiya təmizləyici qurğular sayəsində çay təhlükəsiz hala gətirilib. Çayın xilas edilməsi prosesi bir neçə il çəkdi və buna təxminən 1,5 milyard avro xərcləndi.
 
Lakin oyunlar zamanı bəlli olub ki, çayın çirklilik səviyyəsi ilə bağlı problemlər qalmaqdadır. İctimaiyyəti Sena çayının təhlükəsiz olduğuna inandırmaq üçün Fransanın idman naziri, ardınca isə Paris meri çayda üzgüçülük təşkil edib. Hətta prezident Emmanuel Makron özü də üzməyə söz vermişdi, amma vədinə əməl etmədi. Məlum olub ki, Sena çayının çirklənməsi yüksək olub.
 
Fransanın "France Info" radiostansiyasının məlumatına görə, həmin gün E.coli və enterokokkların səviyyəsi həddi keçib. Belə suda üzmək faciəvi nəticələrə - qastroenterit və dəri xəstəliklərinə səbəb ola bilər. Bununla belə, Paris prefektinin nümayəndələri, məlumatın ortaya çıxmasından sonra üzgüçülükdə iştirak edən idmançılardan sağlamlıqla bağlı heç bir şikayətin olmadığını bildirdilər.
 
Digər bir biabırçılıq miqrantlar və evsizlərin şəhərdən qovulmasıdır. Əsasən Afrikadan olan miqrantları kütləvi şəkildə avtobuslara doldurub şəhər kənarına aparıblar. Paris olimpiadasının digər biabırçılığı kondisionerlərlə bağlı olub. Belə ki, təşkilatçılar bu oyunları əvvəlkilərdən "ekoloji cəhətdən təmiz" etmək istəyiblər. Oyunların ekoloji cəhətdən ən təmiz olmasına cəhd edən fransızlar Olimpiya Kəndində kondisioner quraşdırılmasından imtina etmək qərarına gəliblər. Əvəzində soyutma üçün istilik nasoslarından istifadə edilməsi nəzərdə tutulmuşdu. Lakin bu, əks effekt verib.
 
Temperatur +30 dərəcədən yuxarı qalxanda bir neçə nümayəndə heyəti dərhal etirazlarını bildiriblər. Ekologiya, əlbəttə ki, vacibdir, amma onlar da bura medal qazanmaq üçün gəliblər, istidən əziyyət çəkməyə yox. "Qiyamçılar" arasında Finlandiya, Meksika, ABŞ və İspaniya komandaları da olub. Beynəlxalq Olimpiya Komitəsi (BOK) buna etiraz etməyib.
 
İdmançılar təkcə kondisionerlər deyil, həm də döşəklər almalı olublar. Ən son narazı olanlar isə İsveçin qadın həndbol komandasının oyunçuları olub. Belə ki, "ekoloji təmizlik" şüarı ilə Olimpiya Kəndində bütün çarpayılar təkrar emal olunmuş balıq torlarından hazırlanmış döşəklərlə təchiz edilib.
 
Ərzaq qıtlığı, təxribatlar
 
İdmançılar həm də şikayətlənirlər ki, az qidalanırlar. Böyük Britaniya nümayəndə heyətinin bəzi idmançıları Olimpiya Kəndində ərzaq qıtlığı ilə üzləşdiklərini bildiriblər. Fransanın "L'Equipe" qəzetinin məlumatına görə, səhər yeməyi zamanı idmançıların çoxluğu səbəbindən restoranda məhdud sayda ərzaq, o cümlədən toyuq yumurtası olub.
 
Almaniyanın otüstü xokkey komandasının üzvləri hesab edirlər ki, Parisdəki Olimpiya Kəndində idmançılar üçün şərait çox arzuolunmazdır. Bu barədə DPA agentliyinə millinin futbolçusu Kristofer Rur məlumat verib: "Yemək ən azı bir fəlakətdir. İnanılmaz dərəcədə uzun müddət növbə gözləyirsiniz, inanılmaz dərəcədə az sayda stansiya var. Yeməklərin keyfiyyəti o qədər də yaxşı deyil".
 
Təxribatlara gəldikdə, Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış vandallar Fransanın yüksək sürətli dəmir yolu şəbəkəsinə hücum ediblər. Nəticədə yüz minlərlə yerli sakin və Parisə gələn qonaqlar çətin vəziyyətdə qalıblar. Fransanın baş naziri səlahiyyətlərini icra edən Qabriel Attal bildirib ki, ölkənin kəşfiyyat xidmətləri siyasətçinin "hazırlanmış və koordinasiya edilmiş" adlandırdığı "təxribat aktlarının" günahkarlarını tapmaq üçün səfərbər edilib.
 
İyulun 26-da səhər saat 4-də ən azı üç yerdə dəmir yolu kabelləri yandırılıb, Parisi Lill, Bordo və Strasburq şəhərləri ilə birləşdirən magistral xətlər iflic olub. Paris-Marsel xəttində dördüncü hücumun qarşısı gecə növbəsində işləyən işçilər tərəfindən alınıb.
 
Biabırçılıqlar isə bitib-tükənmir. Açılış mərasiminin sonunda təntənəli şəkildə qaldırılan oyunların əsas rəmzi hesab edilən Olimpiya bayrağı başıaşağı formada asılıb.
 
Kuriozlar sırasında Cənubi Koreya idmançılarının səhvən Şimali Koreya kimi təqdim edilməsi də olub. Cənubi Koreyanın İdman Nazirliyi bununla bağlı "hökumət səviyyəsində Fransaya ciddi şikayət" verməyə hazırlaşır.
 
Açılış mərasimində Əlcəzair nümayəndə heyəti 1961-ci il oktyabrın 17-də Parisdə müstəqillik tələbi ilə keçirilən aksiya zamanı həlak olanların xatirəsinə Sena çayına qızılgüllər atıb. Xatırladaq ki, o vaxt Əlcəzair Fransanın müstəmləkəsi idi. 17 oktyabr nümayişi faciə ilə bitib, polis 200-ə yaxın nümayişçini qətlə yetirib və onların bir çoxunun cəsədini Sena çayına atıb. 17 oktyabr hadisələri indi "Paris qırğını" kimi xatırlanır.
 
Qonaqların əsas problemindən birinin də nəqliyyatla bağlı olduğu bildirilir. Hava limanlarından xüsusi transferlər yoxdur, metronun bir çox stansiyalarında eskalatorlar işləmir. Olimpiada zamanı 15 milyon turisti qəbul edən Parisdə sürücü çatışmazlığı, metro və qatarlarda gecikmələr səbəbindən ictimai nəqliyyatda ciddi sıxlıq yaranıb.
 
İsveçin stolüstü tennis yığması nəqliyyatda havasızlıqdan gileyləniblər. "Aftonbladet" nəşrinin məlumatına görə, milli komanda gediş-gəliş üçün 1 saat 20 dəqiqə vaxt sərf edərək məşqə çıxmalı olur. Məşqçi Yorqen Persson bildirib ki, avtobuslarda kondisioner tez-tez işləmir və hava çatışmazlığı səbəbindən nəqliyyatda qalmaq mümkünsüz olur.
 
Bütün bu qalmaqalların fonunda ən biabırçı hal qalmaqallı "Son şam yeməyi" rəsminin uğursuz parodiyası olub. ABŞ-nin texnologiya şirkəti "C Spire" bu qalmaqallı parodiyadan sonra Paris olimpiadasından öz reklamını geri götürmək qərarına gəlib. Bəzi katoliklər açılış mərasiminin bu hissəsini təhqiramiz hesab ediblər.
 
"Reuters" xəbər verir ki, Fransa Katolik Kilsəsi "xristianlığın istehza və istehza səhnələrini ehtiva edən" mərasimi pisləyib.
 
Bir sözlə,Leonardo da Vinçinin "Son şam yeməyi" rəsminin təqlidi müşahidəçilər arasında ən çox sual doğuran məsələ olub.
 
Hələ olimpiada başlamazdan əvvəl ekspertlər Fransa hakimiyyətinin bu irimiqyaslı tədbirə hazırlığına şübhə ilə yanaşırdılar. Ümumiyyətlə, Paris Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazır deyildi və tədbirin açılış mərasimi bunu açıq şəkildə göstərdi. Fransanın olimpiya biabırçılığı özünü bütün şöhrəti ilə büruzə verdi və Ermənistana məhəbbət belə Parisi qazandığı şöhrətdən xilas edə bilməyəcək. /Report/
 
Oxşar xəbərlər
20:18, Bu gün
Şəhid ailələri və müharibə əlillərinə daha 200 mənzil verildi - FOTO
20:14, Bu gün
Kapital bank niyə susur?
20:08, Bu gün
"Ağadadaş Ağayev üzr istəməlidir!" - Bakı sakinlərindən "balta insidentinə" sərt REAKSİYA - VİDEO
20:05, Bu gün
Hidayətin finaldakı rəqibi fransızdır
20:01, Bu gün
Yay Olimpiya Oyunlarının açılışından Paris mesajı
19:57, Bu gün
Azərbaycan Quql ilə COP29-u müzakirə etdi
19:52, Bu gün
İbn Sinanın “can dərmanı” adlandırdığı qarpızın 1001 faydası
19:48, Bu gün
ƏHD Partiyasının 4 namizədi qeydə alınıb
19:38, Bu gün
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
19:33, Bu gün
Paris-2024: Hidayət Heydərov FİNALDA
19:28, Bu gün
Məzahir Pənahov vəzifədən gedir
19:23, Bu gün
Azərbaycan - Slovakiya görüşünün keçiriləcəyi stadion bəlli oldu
19:18, Bu gün
Aynur Dadaşovanın xəstəxanadan VİDEOsu yayıldı
19:16, Bu gün
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
19:14, Bu gün
Mirzoyan: “Ermənistan münaqişə səhifəsini bağlamaq istəyir”
19:11, Bu gün
"Ukraynada səfərbərlik vüsət alır, Rusiya qışadək dominantlığını itirəcək" - "The Telegraph"
19:08, Bu gün
Hadisədən sonra Ağadadaş Ağayevin xalqa ilk müraciəti – VİDEO
19:03, Bu gün
Dövlət Sərhəd Xidməti yayılmış videogörüntü ilə bağlı MƏLUMAT YAYDI
19:00, Bu gün
Türk turistlər Yunanıstana axın edir
18:56, Bu gün
11 avtobus marşrutu müsabiqəyə çıxarılır
18:50, Bu gün
Blinken Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəklə bağlı Çinə xəbərdarlıq edib
18:45, Bu gün
Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin
18:38, Bu gün
Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı
18:37, Bu gün
Azərbaycanlı tələbənin  ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbulu
18:32, Bu gün
“Evimi satdım, kirayəni çətinliklə ödəyirəm” - VİDEO
18:26, Bu gün
Flora Kərimovanın səbr kasası daşdı: "Dayanan, bağışlayan deyiləm!.."
18:23, Bu gün
Məşhur aktrisa hamilə olduğunu açıqladı - FOTO
18:19, Bu gün
BDU-nun 966 tələbəsi yay semestri dərslərində iştirak edir
18:15, Bu gün
Yatanda kabus görüb özünü güllələdi
18:12, Bu gün
"Tramp istənilən məsələ üzrə müzakirəyə açıq olduğunu bəyan edib" - Zelenski
18:08, Bu gün
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası
18:03, Bu gün
Tortu soyuducuda neçə gün saxlamaq olar?
18:02, Bu gün
“Koroğlu” metrostansiyası ətrafında mübadilə mərkəzi yaradılıb
17:57, Bu gün
Bu küçədə aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO
17:54, Bu gün
TikTokda yeni funksiya TEST EDİLİR
17:52, Bu gün
Atası ilə bağlı VİDEO Səidəni AĞLATDI
17:48, Bu gün
Təhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək?
17:46, Bu gün
"Putin Qərb əleyhinə koalisiya yaratmağa cəhd edib" - ISW
17:45, Bu gün
“Ağır döyüşlər getdi, 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürüldü…”
17:35, Bu gün
Tanınmış aparıcıya ağır itki - FOTO
17:30, Bu gün
Qıt payız gəlir - Bu məhsullar bahalaşacaq
17:25, Bu gün
“Şəhidlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği əbədi vəzifəmizdir”
17:17, Bu gün
Gərginlik pik həddə – Yaxın saatlarda növbəti hücum ola bilər 
17:15, Bu gün
Sabah bu rayonlarda qaz olmayacaq
17:10, Bu gün
“Badminton Federasiyası Paris-2024-ə "turist" aparıb”- ŞOK İDDİA
17:06, Bu gün
Qarabağ Universitetinə prorektorlar təyin olundu - DOSYE
17:03, Bu gün
“Xaricdə bu kvadrokopterdən pizza daşımaq üçün istifadə edilir, Ermənistanda isə...”
16:58, Bu gün
Rusiyalıların 67%-i şəkəri ən təhlükəli məhsul hesab edir
16:50, Bu gün
Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu fəaliyyətə başladı
16:44, Bu gün
Sərnişin qatarı yük maşını ilə toqquşdu: 320 nəfərə yaxın insan... - FOTO/VİDEO
16:42, Bu gün
Payız vaxtından əvvəl gələcək: GƏLƏN HƏFTƏ...
16:39, Bu gün
Bu şampunlar saçınızı məhv edir- Pantene, Clean Line, Schuma... - ŞOK İDDİA 
16:30, Bu gün
Ekspert DYP-yə müraciət etdi: " Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır?"
16:28, Bu gün
Hər işdən qovulanda təzminat alaraq 100 milyon avro qazanıb
16:24, Bu gün
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
16:20, Bu gün
İstidə soyuq su içmək məsləhət deyil- Dietoloq
16:10, Bu gün
Hərbçimiz intihar etdi
16:05, Bu gün
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
15:49, Bu gün
Kişi bayraqdarımız da Paris-2024-lə vidalaşdı
15:44, Bu gün
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
15:34, Bu gün
“Baku Electronics” vergidən belə yayınır – Şikayət
15:28, Bu gün
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
15:19, Bu gün
38 yaşlı Ledi Qaqa ilk dəfə evlənir
15:11, Bu gün
Üç prokuror təqaüdə göndərildi – FOTO
15:10, Bu gün
Əslində bu balığı heç yemək olmaz, biz isə…
15:07, Bu gün
"Neftçi"nin bazası sökülür Komanda və rəhbərlik ayrı-ayrı yerə köçür - FOTOLAR
14:55, Bu gün
“İsrailə qarşı belə siyasəti nəinki Türkiyə, Azərbaycan üçün də düzgün hesab etmirəm...”
14:49, Bu gün
Növbəti iki gündə güclü geomaqnit qasırğası gözlənilir
14:32, Bu gün
Rusiya XİN: Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq edib
14:26, Bu gün
İcbari tibbi sığorta ilə daha çox müayinə olunacağıq - XƏRCLƏRİ ARTIRILDI 
14:19, Bu gün
Azərbaycanda 5 nəfər toyda zəhərləndi
14:04, Bu gün
Günün xoşbəxt bürcü hansıdır?
13:55, Bu gün
Şəkidə çay DAŞDI - Qudula kəndi ilə əlaqə kəsilib - FOTO
13:45, Bu gün
9 yaşlı qızlar qrup şəklində zorlanır - Məşhur nəşr SƏNƏDLƏRİ YAYDI
13:30, Bu gün
Qızla günlük evdə görüşən varlı kişinin acı aqibəti - FOTO
13:23, Bu gün
İslah olunmayan "avtoş" yenidən iş başında - "Qaziyəm" deyib nömrəsiz sürür - VİDEO
13:18, Bu gün
Erməni yük maşınları yenə sərhəddə gözləyir
13:06, Bu gün
Mineral pəhriz: ARIQLAMAĞA KÖMƏK EDƏN SU
12:54, Bu gün
45 dəqiqəlik "ölən" kişi gördüklərini DANIŞDI
12:49, Bu gün
Bu vətəndaşlara pay torpaqları veriləcək? - RƏSMİ
12:43, Bu gün
Baba və nənələrdən nəvələr üçün aliment alına bilər? – CAVAB
12:36, Bu gün
Bakıda avtobusda DAVA - VİDEO
12:27, Bu gün
Rusiyanın son iki ayda gündəlik itkisi - Şok rəqəm
12:22, Bu gün
ABB kartlarının təhlükəsizliyinə nəzarət etmir
12:17, Bu gün
Müəmma: xəsarət yox, zorakılıq yox, ortada üç bacının cəsədi var - Polis və FHN araşdırır
12:12, Bu gün
Kriminal dəstənin ən qəddar üzvü: Ömürlük məhkum görün nə etdi
12:08, Bu gün
Əli Əsədov qərar imzaladı
12:02, Bu gün
Qızların bu peşələrə marağı artıb - RƏSMİ 
11:57, Bu gün
Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq
11:54, Bu gün
Almaniya Türkiyəyə döyüş təyyarəsi satışını əngəllədi
11:45, Bu gün
Peşə təhsili müəssisələrinə qəbul başladı
11:36, Bu gün
Yeni tədris ilindən 9 peşə təhsili müəssisəsi ikinövbəli tədrisə keçir
11:23, Bu gün
50 yaşdan sonra öldürən içki bəlli oldu
11:19, Bu gün
“Modinin Zelenski ilə görüşü mümkün ABŞ sanksiyalarını neytrallaşdırmaq cəhdidir...”
11:14, Bu gün
Əri tərəfindən öldürülən qadının son istəyi nə olub?- VİDEO
11:07, Bu gün
33-cü Yay Olimpiya oyunlarında Fransanın anti-Azəbaycan mövqeyi...
10:53, Bu gün
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
10:38, Bu gün
ŞİKAYƏT: “3 nömrəli poliklinikadan şəkər dərmanlarımı ala bilmirəm, deyirlər ki, TƏBİB belə göstəriş verib”
10:34, Bu gün
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
10:29, Bu gün
Sürücülərin xəbərsiz olduğu avtobus zolaqları: Hansı hallarda istifadə etmək olar? (VİDEO)
GÜNLÜK
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
09:32, Bu gün
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
10:53, Bu gün
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
09:32, Bu gün
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
10:53, Bu gün
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”