Dünyanın ən yaxşı baş məşqçiləri - Qurban Qurbanov neçənci yerdədir?
İdman
1989
20 Jul 2024 | 22:18

Dünyanın ən yaxşı baş məşqçiləri - Qurban Qurbanov neçənci yerdədir?

UEFA dünyanın ən güclü məşqçilərinin siyahısını açıqlayıb.
 
500 mütəxəssisin yer aldığı cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1673 xala malikdir. O, siyahıda 133-cüdür. İki xal itirən Qurbanov iki pillə geriləyib.
 
"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, bir pillə irəliləyib.
 
Millimizi çalışdıran Fernando Santos 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı bir addım geriləyib.
 
"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qalıb. Ukraynalının 1481 xalı var.
 
Qeyd edək ki, siyahıya "Mançester Siti"nin (İngiltərə) çalışdırıcısı Pep Qvardiola 2240 xalla başçılıq edir.
 
Lent.az
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər