Avro-2024-ün həyəcanlı anı - Türkiyənin tamam, ya da davam savaşı
İdman
Oxunub: 1367
02 Jul 2024 | 11:30
Avro-2024-ün həyəcanlı anı - Türkiyənin tamam, ya da davam savaşı
Qardaş ölkə 16 ildən sonra həmin uğuru təkrarlayacaqmı...
 
Futbol üzrə Avropa Çempionatı həyəcanı getdikcə artmaqdadır. Artıq yarışın 1/8 final mərhələsi gedir. Qəzet çapa gedərkən bu mərhələnin Fransa-Belçika və Portuqaliya-Sloveniya oyunları keçirilirdi. Nəticələr tam şəkildə məlum olmadığı üçün məlumat verə bilmədik.
 
Ancaq onu bildirək ki, 4 ölkə çeyrək final mərhələsinə vəsiqəni təmin etmişdi. Bunlar meydan sahibi Almaniya, İsveçrə, İngiltərə və İspaniya yığmaları idi. 
 
Bu gün, yəni iyulun 2-də bu mərhələnin son oyunları baş tutacaq. Qardaş Türkiyə turnirin güclülərindən sayılan Avstriya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Gecənin digər qarşılaşmasında Rumıniya çeyrək finala çıxmaq üçün Hollandiyanı sıradan çıxarmağa çalışacaq. Bir sözlə, çox gərgin oyunlar futbol azarkeşlərini gözləyir. 
 
Heç şübhəsiz ki, azərbaycanlı futbol həvəskarlarının qəlbləri türk qardaşlarımızla döyünəcək. Avstriyanın isə çeyrək finala gedən yolunu kəsmək elə də asan görünmür. Təsadüfi deyil ki, Türkiyə Avro-2024 start götürməmişdən günlər öncə keçirilən yoldaşlıq oyununda bu kollektivə 6-1 hesabı ilə məğlub olmuşdu. Eyni zamanda Avstriya mübarizə apardığı qrupda Fransa və Hollandiya kimi güclü futbol ölkələrini qabaqlayaraq, lider kimi qrupdan çıxmağı bacarıb. Avstriya ilə müqayisədə qardaş Türkiyənin Avro-2024-də indiyə qədər keçirdiyi oyunlar qənaətbəxş sayılmayıb. Hətta bəzi tənqidlərə də məruz qalıb.
 
Amma türkün əzmkarlığını da xüsusi vurğulamaq yerinə düşər. Tam olaraq, 16 il öncə də qardaş ölkənin Avropa Çempionatındakı oyunları indiki kimi tənqidlərə məruz qalırdı. Amma həmin çempionatda ay-ulduzlular yarımfinala qədər irəliləməyi bacarmışdılar. 
 
Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti
 
Tanınmış idman yazarı Natiq Muxtarlı bu çempionatın finalında sensasion adlara rast gələ biləcəyimizi ehtimal edir: “Avropa çempionatının 1/8 final mərhələsində 4 görüş yekunlaşdı. Sensasiya baş vermədi, favorit komandalar növbəti mərhələyə vəsiqə əldə etdilər. İsveçrənin İtaliyanı mübarizədən kənarlaşdırması tam qanunauyğun oldu. İtaliya ənənəvi taktikasına - "avtobus" qurmaqla qələbə qazanmaq ənənəsinə sadiq idi. Amma bu dəfə taktika işə yaramadı, parlaq futbolun təntənəsi yaşandı. İtaliya Almaniyanı tərk etdi. Amma Almaniyada İtaliya kimi oynayan komandalar qalıb. Onlardan biri də İngiltərədir. Ənənəvi ingilis futboluna xəyanət edən Sautqeytin komandası Slovakiyanın əlindən canını güclə qurtardı. İndi onları antifutbolun qənimi olan İsveçrə gözləyir. İngilislər Slovakiya ilə oyundakı futbol fəlsəfəsinə sadiq qalsalar, İsveçrənin qurbanı olacaqlar. İngilislər İsveçrə səddini keçsələr kimə rəqib ola bilərlər? Öz oyununu tapa bilməyən Niderlanda, yoxsa parlaq oyun göstərən Avstriyaya? Yoxsa bəxtin üzünə bir daha güləcəyi Türkiyəyə? Hər halda, finala aparan bu xətdə müxtəlif oyun fəlsəfəsinə güvənən yığmalar var. Deməli, maraqlı mübarizə gözlənilir. Hətta finalda sensasion ad görə bilərik: İsveçrə və ya Avstriya. Türkiyə olsa, nə yaxşı... Amma etiraf edək ki, indiyə qədər göstərdiyi oyunu nəzərə alsaq, Türkiyənin şansı yoxdur. Almaniya Danimarkaya çətinliklə də olsa, qalib gəldi və hücum futbolundan imtina etmədi. İspaniya isə yenə də parlaq, yaradıcı futbol göstərdi. İndi 1/4 finalda bu komandaların dueli gözlənilir? Kimin şansı daha çoxdur? İspaniya dinamik, yaradıcı komandadır. Bu yığma meydanda həm topla, həm də topsuz mükəmməl davranır. Fikrimcə, cütün favoriti İspaniyadır. Bu dueldən qalib ayrılacaq komanda yarımfinalda Fransa və ya Portuqaliya ilə qarşılaşa bilər. Təbii ki, Sloveniya və ya Belçika möcüzəsi yaşanmasa. 
 
Etiraf edək ki, proqnoz verilməsi çətin olan situasiyadır. Almaniya İspaniyanı məğlub etsə, özünəinamı xeyli artacaq. Ondan sonra almanların qarşısını çətin ki, kimsə kəsə bilsin. Amma İspaniyanı məğlub etmək üçün Almaniya mükəmməl oyun göstərməlidir. 1/4 mərhələdə Almaniya-İspaniya oyununu erkən final saya bilərik. İlk 1/8 final qarşılaşmalarından sonra oyun keyfiyyətini incələsək, belə nəticəyə gəlmək olar: çempionluğa əsas namizəd İspaniyadır".
 
Avropada türk ruzigarı - qardaş ölkənin yığmasına ümidlər böyükdür
 
Futbol mütəxəssisi Kənan Məstəliyev kənardan rəqiblə müqayisədə zəif görünən millilərin belə sona qədər döyüşdüyünü qeyd etdi: “Hamı futbol oynaya bilir”. İzlədiyimiz Avropa çempionatının əsas nəticəsi budur. Yarışda iştirak edən hər kəs öz oyununu ortaya qoyur, sona qədər mübarizə aparır. Autsayder saydıqlarımız rəqibin adından çəkinmir, döyüş təklif edir, hətta bu döyüşlərdən qalib də çıxırlar. İsveçrə buna ən bariz nümunədir. Son Avropa çempionu İtaliya ilə qarşılaşmada Murat Yakının yetirmələri həm taktiki savaşda, həm də istəkdə üstün oldular, “Skuadra Adzurra” isə heç nə ilə yadda qalmadı. Daha adlı-sanlı, daha tanınmış futbolçulardan qurulan apenninlilər, meydanda adların oynamadığının, kağız yox, yaşıl ot üzərində qalib gəlməyin vacibliyini hiss etdilər. Almaniya da eyni aqibəti yaşamaq üzrəydi. Bir neçə santimetrlik ofsayd, ələ düşən imkanlardan yararlanma problemi olmasaydı, Danimarka 1/4 finala çıxacaqdı. İngilislər isə slovakların müqavimətini yalnız son saniyələrdə qıra bildilər. Kalsona qorxaq oynamayıb, “yuxulu futbol” tərəfdarı olan Sautqeytə əl-qol açmaq imkanı verməsəydi, indi daha bir sensasiyadan danışırdıq. Qonşularımız Gürcüstan da nəhəng İspaniyaya çətin anlar yaşatdı. Rəqibini əks-hücumlarda tutmağa çalışmaq taktikası ilk hissədə öz effektini verdi, sadəcə, fasilədən sonra pireneylilərin səviyyəsi özünü göstərdi. Uilyams, Rodri və Yamalın oyununu izləmək lazım idi. Belə oyunçuları olan komandanı məğlub etmək çətin olacaq. Amma yenə də gürcülərə alqış düşür. Bundan sonrakı matçlarda da biz yuxarıda qeyd etdiyim məqamlara rast gələcəyik. Favoritlərə badalaq vurmaq üçün çalışan komandalar bunun üçün əllərindən gələni edəcəklər. Bu, yarımfinallar və finalda sürpriz bir komandanı izləmək ehtimalımızı artırır. Qardaş Türkiyənin də şansı var. Komanda daxili gərginlik, heyətdəki boşluqlar və digər bir çox səbəblər ay-ulduzlulara mane olur. Üstəlik, Avstriya da çətin rəqibdir. Ralf Ranqnik ultra-pressinq futbolu ilə çempionatda hər bir rəqibi yenmə potensialına malikdir, bunu sübut da edib. Türkiyə avantüraya getməməli, hisslərə qapılmamalıdır. Mümkün olduğu qədər praqmatik, hətta müdafiə futbolu oynamalı, əks-hücumlarda öz şansını gözləməlidir. İstənilən kapriz yenilgini gətirəcək. Səbrli olmalıdılar. Düzdür, türklər və səbr ayrı-ayrı anlayışlardır, amma bir oyunluq bunu etmək lazımdır". /Yeni Müsavat/
 
Oxşar xəbərlər
12:40, Bu gün
Bakıda qadın həkimlə səmimi anlarını GÖRÜNTÜLƏDİ - 42 min istədi (ŞOK FAKTLAR)
12:36, Bu gün
Üsküdar Universitetinin rektoru "ARB 24" və BDU-nun "NewsLab" təlim proqramının iştirakçıları ilə görüşüb - FOTO
12:32, Bu gün
İlham Əliyev Astanadakı "Müstəqillik" Sarayında - CANLI
12:28, Bu gün
ŞƏT-in iclasında İranın nümayəndəsi masanın üzərinə Rəisinin fotosunu qoyub - VİDEO
12:24, Bu gün
ŞƏT sammitində Astana Bəyannaməsi imzalandı
12:20, Bu gün
Laçının yenilənən Sus kəndi… - VİDEO
12:18, Bu gün
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: nəsə dəyişibmi?..”
12:16, Bu gün
Bu rayonlara yağış yağdı - FAKTİKİ HAVA
12:12, Bu gün
Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olanlar saxlanıldılar - FOTO/VİDEO
12:08, Bu gün
Kürdəmirdə ağır qəza: Pakistan vətəndaşı öldü
12:04, Bu gün
“İnqilab olmayıb, ya quruluş dəyişməyib ki...” - Siyavuş Novruzovdan maraqlı açıqlamalar
12:00, Bu gün
ŞƏT-in antiterror strukturu universal mərkəzə çevriləcək
11:55, Bu gün
Qarabağ gənclər məkanına çevrilə bilər - reallıq və imkanlar
11:53, Bu gün
"Qalatasaray"ın futbolçusu İtaliya klubuna keçir
11:50, Bu gün
"Bayden uğursuz debatlardan sonra seçkilərdə iştirakı üzərində düşünür" - "The New York Times" 
11:45, Bu gün
TƏCİLİ! Məktəblərdə mühüm DƏYİŞİKLİK - RƏSMİ
11:42, Bu gün
Peşə liseyində BİABIRÇILIQ: SAXTA ƏMR QALMAQALI- FOTO
11:40, Bu gün
DİN evi sökülən vətəndaşın iddialarına münasibət bildirdi
11:37, Bu gün
İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir
11:34, Bu gün
Azərbaycanın voleybol milliləri Türkiyədəki turnirə qatılacaqlar
11:29, Bu gün
Azərbaycanda qadın hamamda DƏHŞƏT YAŞADI - Əri ona görün nə etdi
11:25, Bu gün
Nanə Ağamalıyeva iş yerini dəyişir: ATV-də ayrılıq
11:20, Bu gün
Qəbul imtahanlarının vaxtı açıqlandı
11:16, Bu gün
Magistraturaya 13 mindən çox bakalavr qəbul olunub
11:13, Bu gün
“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim etdi
11:11, Bu gün
Nazirlər Kabineti dəmiryol nəqliyyatı barədə QƏRARLAR VERDİ
11:08, Bu gün
“Naxçıvan Bank”ın səhmləri dövriyyədən çıxarılır
11:05, Bu gün
Qızını Çinə, oğlunu isə Avropaya göndərir
11:03, Bu gün
İlham Əliyev Baydeni TƏBRİK ETDİ
11:00, Bu gün
Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? - AÇIQLAMA
10:55, Bu gün
Görkəmli aktyor Abbas Mirzə Şərifzadənin faciəli ölümü - Nəsiman Yaqublunun yazısı
10:49, Bu gün
“Xahiş etdim ki, MSK-nın seçkilərlə bağlı ABŞ və Avropada tətbiq edilən tarixi təcrübəsi bizə də açıqlansın…”
10:45, Bu gün
"Ölüm xəbərim yayılanda mənə yığıb dedi ki..."
10:35, Bu gün
Əkin üçün noxudun idxalına güzəşt müddəti 2 ay artırılıb
10:30, Bu gün
Yeni  "Supermen"də  kim oynayacaq?
10:25, Bu gün
Türkiyənin 5 şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib
10:20, Bu gün
Lənkəranın bu kəndlərində  işıq olmayacaq
10:15, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO
10:13, Bu gün
"BakuBus" yeni marşrut xəttini istifadəyə verib
10:05, Bu gün
FHN MÜRACİƏT ETDİ: Kanal, çay, arx, süni göl və digər su hövzələrindən... 
10:03, Bu gün
Ayxan Hacızadə: İQAK-ın yanaşması ədalətsizdir, hüquqi baxımdan sual yaradır
10:00, Bu gün
Polşa klubu azərbaycanlı futbolçu ilə müqaviləni ləğv edib - RƏSMİ
09:49, Bu gün
Hər millətin öz totemi – Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır?
09:40, Bu gün
Rusiyada yüzlərlə miqrant dil imtahanından kəsildi: ölkədən çıxarılacaqlar?
09:30, Bu gün
Paşinyan Ermənistanda görün nə planlaşdırır: bir il ərzində... - Yeni konsepsiyanın ŞOK DETALLARI
09:22, Bu gün
“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert
09:21, Bu gün
"Beril" qasırğası tüğyan edəcək - Sakinlər təxliyyə edilir
09:14, Bu gün
Bakıda güclü zəlzələ gözlənilir?  - SEYSMOLOQ AÇIQLADI
09:08, Bu gün
Açıq deyirəm, Azərbaycanda baş verənlər... - Tokayev
09:00, Bu gün
Bu ölkədə qəbirstanlıqlar günəş enerjisi sahələrinə çevriləcək
08:55, Bu gün
Daha bir tətil elan edildi: 8 iyul...
08:41, Bu gün
70 yaşlı pensiyaçılara iyulun 5-dən böyük sürpriz- Evləri təmir olunacaq...
08:33, Bu gün
Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
08:20, Bu gün
Bunu etsəniz, smartfonunuzun batareyası 2 qat daha çox işləyəcək
08:11, Bu gün
DİQQƏT: Mikayıl Müşfiq küçəsi bağlanır
08:04, Bu gün
İrəvanda polis Azərbaycana qarşı döyüşmüş generalın oğlunu saxlayıb maşınını əlindən aldı...
07:48, Bu gün
Kosmosa balonla səyahət - İlk sınaq uçuşu həyata keçirildi -FOTO
07:37, Bu gün
Yaxın günlərdə bu bürclər xoş xəbər alacaqlar
07:26, Bu gün
Kiber-dələduzlar bu dəfə tələbələri hədəf seçib - XƏBƏRDARLIQ
07:17, Bu gün
"Azərbaycan bayrağı addım-addım irəliləyir..."- Vardanyan...- FOTO
07:11, Bu gün
“Mən super staram, əxlaqdan əxlaq, namusdan namus..."
06:59, Bu gün
Bu qrupa aid insanlar daha çox tənbəl olurlar
06:40, Bu gün
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
06:31, Bu gün
Vəhşət: Qəzzadakı bazara İsrail hücumunun nəticələri: Qan içində çörək...-VİDEO
06:26, Bu gün
Bakıda baldız yeznəsini...
00:55, Bu gün
Cavanşir Feyziyev Kaşğari irsinin fədakar araşdırıcısı Ramiz Əsgəri yad etdi
00:41, Bu gün
"Day-daylı" xanım sürücüyə maşını verən şəxsin kimliyi məlum oldu
03 Jul 2024 | 23:52
İtaliya 20 milyardlıq alman hərbi maşını alır
03 Jul 2024 | 23:45
Tovuzda balıqçı fəhləni bıçaqlayıb
03 Jul 2024 | 23:26
Putinlə Ərdoğan Astanadadır, münasibətlər nizama salınacaqmı?
03 Jul 2024 | 23:24
Goranboy DYP-yə yeni rəis təyin olunub
03 Jul 2024 | 23:22
Ayxan Hacızadə: "Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir"
03 Jul 2024 | 23:05
3 ölkə lideri arasında GÖRÜŞ
03 Jul 2024 | 22:55
Azərbaycan ilə Çin arasında siyasi əlaqələr tarixin ən yüksək səviyyəsindədir - XİN
03 Jul 2024 | 22:42
Si Tszinpin və Putinin rəhbərlik etdiyi kluba qatı rusiyayönümlü ölkə qoşulacaq
03 Jul 2024 | 22:39
“Nəsildən nəslə teatr”-nın ilk seminarı
03 Jul 2024 | 22:36
"ABŞ-ın Qəzzada siyasəti iflas və milli təhlükəsizliyə təhdiddir..."
03 Jul 2024 | 22:33
"ABŞ nə zaman Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verəcək?" - ABŞ Dövlət Departamenti
03 Jul 2024 | 22:28
"Fənərbağça"nın 43 yaşlı sabiq futbolçusunun yeni klubu bəlli olub
03 Jul 2024 | 22:20
İlham Əliyev: Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb
03 Jul 2024 | 22:08
Yumurtanı bu qida ilə əvəzləyin: daha faydalıdır
03 Jul 2024 | 22:02
Yoldaşı vəfat edən Cavan Zeynallı tanınmaz hala düşdü - FOTO
03 Jul 2024 | 21:53
Toyda dava düşdü, evə gedəndən sonra bıçaqladılar
03 Jul 2024 | 21:49
Nanə "ATV"dən ayrılır?
03 Jul 2024 | 21:43
İnfarktın qarşısını alan sadə üsul
03 Jul 2024 | 21:41
Ermənistanda inflyasiya artıb, qiymətlər bahalaşıb
03 Jul 2024 | 21:38
Bu qrupa aid insanlar daha çox TƏNBƏL olurlar
03 Jul 2024 | 21:30
NATO Latviyadakı kontingentini xeyli artıracaq
03 Jul 2024 | 21:21
Zərif strateqlər: İşığın və qaranlığın bələdçiləri…
03 Jul 2024 | 21:14
Üzüm bəkməzi - Depressiya və narahatlıq pozuqluğunu aradan qaldırır
03 Jul 2024 | 21:05
“Atəşkəs imzalananda 12 min kv.km-lik ərazimiz işğal altında idi...”-Tariximizə fərqli baxış...
03 Jul 2024 | 21:00
Azərbaycan hakimləri Açıq Avropa çempionatının oyunlarına təyinat alıb
03 Jul 2024 | 20:48
BMT rəsmisi Azərbaycandakı fəaliyyətinin üçüncü ildönümü ilə bağlı paylaşım edib
03 Jul 2024 | 20:40
"Qalatasaray" belçikalı futbolçusu ilə müqavilə müddətini uzadıb
03 Jul 2024 | 20:30
Siandan Bakıya yeni qatar marşrutu istifadəyə verildi
03 Jul 2024 | 20:23
Azərbaycanda manatın məzənnəsi - VACİB XƏBƏR
03 Jul 2024 | 20:17
Acundan sevgilisi ilə bağlı paylaşım - FOTO
03 Jul 2024 | 20:08
Azərbaycanda evə günəş paneli quraşdırmaq neçəyə başa gəlir?
03 Jul 2024 | 20:00
OPEC ölkələri 2023-cü ildə neftdən nə qədər pul qazanıb?
03 Jul 2024 | 19:47
Ölkəmiz Rusiya Milli Teatrları Konqresində fəxri qonaq olub
GÜNLÜK
03 Jul 2024 | 13:36
Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA
03 Jul 2024 | 14:03
İctimai Birliyinin sədri  ÇAĞIRIŞ ETDİ: "ÖVLADLARIMIZA KÖMƏYİNİZ LAZIMDIR"
03 Jul 2024 | 14:17
Azərbaycanda şok hadisə: Məmur ofsiantla sevgili oldu, rayon-rayon gəzib... - TƏFƏRRÜAT
03 Jul 2024 | 14:43
Xəzərdə suyun səviyyəsi niyə artıb? - SƏBƏB
03 Jul 2024 | 16:55
İlham Əliyev Putinlə görüşdü  - YENİLƏNİB + FOTO/VİDEO
03 Jul 2024 | 15:15
Bakıda qadın 4 uşağını ataraq sevgilisi ilə qaçdı
03 Jul 2024 | 15:05
“Dövlət Xidmətinin 218 əməkdaşının məsuliyyətə cəlb edilməsi göstərir ki...”
03 Jul 2024 | 14:12
Evlilikdə qohumluq əlaqəsi belə müəyyən olunacaq: Bu şəxsləri isə cəza gözləyir
03 Jul 2024 | 13:19
“İranda seçkilərin taleyi də ali dini rəhbərlik tərəfindən həll edilir...”-Ekspert
03 Jul 2024 | 16:17
Məhkəmə kirpikləri tökülən, gözləri əyilən Xalq artistinin iddiasını təmin etmədi
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
29 Jun 2024 | 10:30
Tərk edilmiş və xarabalığa dönmüş evlər, yolsuz və susuz diyar - Şamaxının bu kəndində hələ də "daş dövrüdür" - ŞİKAYƏT-VİDEOLAR+ÖZƏL
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
AYLIQ
03 Jul 2024 | 13:36
Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA
03 Jul 2024 | 14:03
İctimai Birliyinin sədri  ÇAĞIRIŞ ETDİ: "ÖVLADLARIMIZA KÖMƏYİNİZ LAZIMDIR"
03 Jul 2024 | 14:17
Azərbaycanda şok hadisə: Məmur ofsiantla sevgili oldu, rayon-rayon gəzib... - TƏFƏRRÜAT
03 Jul 2024 | 14:43
Xəzərdə suyun səviyyəsi niyə artıb? - SƏBƏB
03 Jul 2024 | 16:55
İlham Əliyev Putinlə görüşdü  - YENİLƏNİB + FOTO/VİDEO
03 Jul 2024 | 15:15
Bakıda qadın 4 uşağını ataraq sevgilisi ilə qaçdı
03 Jul 2024 | 15:05
“Dövlət Xidmətinin 218 əməkdaşının məsuliyyətə cəlb edilməsi göstərir ki...”
03 Jul 2024 | 14:12
Evlilikdə qohumluq əlaqəsi belə müəyyən olunacaq: Bu şəxsləri isə cəza gözləyir
03 Jul 2024 | 13:19
“İranda seçkilərin taleyi də ali dini rəhbərlik tərəfindən həll edilir...”-Ekspert
03 Jul 2024 | 16:17
Məhkəmə kirpikləri tökülən, gözləri əyilən Xalq artistinin iddiasını təmin etmədi