Neymar Səudiyyə Ərəbistanı klubundan ayrılmağı düşünmür
4387
01 Jun 2024 | 12:02

Neymar Səudiyyə Ərəbistanı klubundan ayrılmağı düşünmür

Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılmağı düşünmür.
 
32 yaşlı braziliyalı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
“Növbəti titul! Komandanı təbrik edirəm. Siz əla oynadınız və bir daha özünüz özünüzü üstələdiniz. Bu mövsüm üç titul üçün təşəkkür edirəm. Amma növbəti mövsüm üçün işi mənə saxlayın”, – deyə Neymar vurğulayıb.
 
Qeyd edək ki, “Əl-Hilal” dünən Səudiyyə Ərəbistanı Kral Kubokunun finalında “Əl-Nəsr”i (1:1, penaltilər – 5:4) məğlub edərək 2023/24 mövsümündə üçüncü titulunu qazanıb. Komanda bundan əvvəl Səudiyyə Ərəbistanı çempionatının və Superkubokunun qalibi olub.
 
Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçib. Forvard komandasının heyətində 5 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. 32 yaşlı braziliyalı sol dizindəki çarpaz bağ və menisk yırtıldığı üçün 2023-cü ilin oktyabrından oynamır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər