“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
2246
28 Apr 2024 | 17:41

“Yuventus”un yeni baş məşqçisi bəlli oldu

Tyaqo Motta “Yuventus”un yeni baş məşqçisi olacaq.
 
“Bolonya”nın hazırkı çalışdırıcısı ilə 2026-cı ilə qədər müqavilə imzalanacaq. Müqaviləyə onu daha bir mövsüm uzatmaq variantı da daxildir.
 
Bildirilir ki, “Qoca sinyora”nın rəhbərliyi Massimiliano Alleqrini əvəzləmək qərarına gəlib. Məşqçi 2021-ci ildən “Yuventus”a rəhbərlik edir və daha əvvəl 2014-2019-cu illərdə komanda ilə çalışıb.
 
Qeyd edək ki, Motta iki ay ardıcıl olaraq A Seriyasında ayın ən yaxşı məşqçisi seçilib. Hazırda “Bolonya” A Seriyasında dördüncü yerdədir və Avropa yarışlarına çıxmağa yaxındır.
 
“Yuventus” isə üçüncü yerdədir və “Bolonya”nı üç xal qabaqlayır, lakin bir matç artıq keçirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər