Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
2340
23 Apr 2024 | 19:09

Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik

Bu gün bayram ab-havasında oyun izlədik.
 
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
 
Qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatının final oyunu çərçivəsində keçirilən "Azərreyl"-"Abşeron" (3:1) matçının ardından baş tutan bağlanış mərasimində danışan komitə rəsmisi qalib komandanı təbrik edib: "Dünən kişilər arasında görüş olduqca gərgin idman şəraitində keçdi. Bu gün isə "Azərreyl" - "Abşeron" matçı haqda eyni sözləri demək olar. Belə qarşılaşmalar Azərbaycanda voleybolun inkişafını göstərir".
Link kopyalandı!
Son xəbərlər