AVRO-2024-də final mərhələsinə vəsiqə qazanan sonuncu millilər müəyyənləşir
2791
26 Mar 2024 | 14:58

AVRO-2024-də final mərhələsinə vəsiqə qazanan sonuncu millilər müəyyənləşir

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının son üç iştirakçısı bu gün bəlli olacaq.
 
Moderator.az-ın məlumatına görə, pley-offun finalında Gürcüstan - Yunanıstan, Ukrayna - İslandiya və Polşa - Uels oyunları baş tutacaq.
 
Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.
 
26 mart
 
AVRO-2024-ün pley-off mərhələsinin finalı
 
21:00. Gürcüstan - Yunanıstan
 
23:45. Ukrayna - İslandiya
 
23:45. Polşa - Uels
 
Gürcüstan - Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna - İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa - Uels matçında sevinən tərəf D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.
 
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər