Amerika Kuboku-2024-ün bütün iştirakçıları müəyyənləşib
2519
24 Mar 2024 | 21:25

Amerika Kuboku-2024-ün bütün iştirakçıları müəyyənləşib

Amerika Kuboku-2024-ün bütün iştirakçıları bəlli olub. Kosta-Rika - Honduras yığmaları arasındakı matçda turnirin sonuncu iştirakçısı müəyyənləşib.
 
Kuboka vəsiqə uğrunda həlledici görüşdə Kosta-Rika yığması 3:1 hesabı ilə qalib gəlib.
 
A qrupu: Argentina, Peru, Çili, Kanada
 
B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka
 
C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya
 
D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika.
 
Xatırladaq ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Qrup mərhələsi iyunun 20-dən iyulun 2-dək, ardınca iyulun 4-dən 6-dək 1/4 final, 9 və 10 iyulda yarımfinal, 13-də isə üçüncü yer uğrunda görüşlər keçiriləcək. Final oyunu iyulun 14-də Mayamidə keçiriləcək.
 
Amerika Kubokunun oyunlarına ABŞ-nin 14 şəhəri ev sahibliyi edəcək.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər