Millinin və “Neftçi”nin üzvü Türkiyə klubu ilə anlaşdı
2135
21 Mar 2024 | 17:00

Millinin və “Neftçi”nin üzvü Türkiyə klubu ilə anlaşdı

Mövsümün sonunda “Neftçi”dən ayrılacaq ilk futbolçunun kimliyinə aydınlıq gətirilib.
 
Sportinfo.az xəbər verir ki, bu, Eddi İsrafilovdur.
 
2022-ci ilin yanvarından “ağ-qaralar”ın şərəfini qoruyan yarımmüdafiəçi yeni müqavilə təklifini qəbul etməyib. İllik ödənişinin artırılmasını tələb edən 31 yaşlı orta sahə oyunçusu 350-400 min dollarlıq maaş istəyib.
 
AFFA tərəfindən milliləşdirilən İsrafilovun “Neftçi”ni hansı kluba dəyişməyə hazırlaşması da məlumdur. Karyerasının əsas hissəsi İspaniyaya bağlı olan Eddi Türkiyədən gələn təkliflə razılaşıb. O bu ilin əvvəlində Vüsal İsgəndərlini sıralarına qatan “Boluspor”la anlaşma əldə edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər