Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
2405
19 Mar 2024 | 09:29

Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İsveçə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak etməyəcək.
 
Yığmanın baş məşqçisi Roberto Martines 39 yaşlı hücumçunu qarşılaşma üçün 23 nəfərlik heyətə daxil etməyib. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçından əvvəl kollektivə qoşulacağı vurğulanıb.
 
Qeyd edək ki, Portuqaliya millisi martın 21-də İsveç, beş gün sonra isə Sloveniya ilə üz-üzə gələcək.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər