Karlo Ançelottidən Arda Gülərə tərif:
İdman
3065
11 Mar 2024 | 10:36

Karlo Ançelottidən Arda Gülərə tərif: "Şübhə yoxdur..."

La Liqanın 28-ci həftəsində “Real Madrid” doğma meydanda “Selta Viqo”nu qəbul edib və Türkiyə millisinin futbolçusu Arda Gülər u200bu200bilk qolunu vurub.
 
Moderator.az xəbər verir ki, 89-cu dəqiqədə Vinisius Jr-ı əvəzləyən Arda Gülər u200bu200b90+4-də toru silkələyib.
 
Karlo Ançelotti matçdan sonra gənc ulduzlarını tərifləyib:
 
"Arda hələ ki qısa oyun vaxtı əldə edir, lakin o, nəyə qadir olduğunu göstərdi. Böyük istedada sahibdir. O, uzun bir yol qət edib və güclü tərəfləri ilə oynayır. Onun gələcəyi buradadır, buna heç bir şübhə yoxdur".
Qeyd edək ki, "Bənövşəyi-ağlar" matçdan 4-0 üstünlüklə ayrılıb. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər